Vergi beyannamesinin formalari sadələşdiriləcək
Yeni dəyişikliklərlə əlaqədar vergi bəyannaməsinin formalarının tərtibi vergi ödəyiciləri üçün çətinlik yaratmayacaq, əksinə, tərtibedilməni sadələşdirəcək.
Vergilər Nazirliyi tərəfindən bildirilib ki, bunu nazirliyin Vergi risklərinin təhlili və nəzarət departamentinin bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev deyib.
O, vurğulayıb ki, əsas məsələlərdən biri bəyannamələrin asan və informativ, məlumatlarla zəngin olması və vergiödəyiciləri ilə lüzumsuz yazışmaların aradan qaldırılmasıdır. “Bundan sonra bəyannamələr elə formada tərtib olunacaq ki, vergiödəyiciləri əməliyyatlarının vergidən azad olunan, güzəşt edilən və digər məsələlərlə bağlı məlumatları, Vergi Məcəlləsi ilə yanaşı, bəyannamə vasitəsilə də ayırd edə biləcək və bu hal gələcəkdə vergiödəyicisini vergi təqibinə məruz qalmaqdan azad edəcək”, -deyə V.Əliyev qeyd edib.