Təzə ildən Pərakəndə Ticarətçilər hansı verginin ödəyicisi olacaqlar?


Sualı Vergi Eksperti Nail Kamilov cavablandırır:

2020-ci ildən qüvvəyə minəcək 218.6-cı maddənin 1 və 2-ci bəndlərinə əsasən sadələşmiş vergi ödəyicilərinin bu vergidə qala bilmələri üçüm onların rüb ərzində topdan satışları (E-Qaimə üzrə satışı) ümumi satışın 30 faizindən çox olmamalıdır. Əks təqdirdə , yəni rüb ərzində onların topdan satış dövriyyəsinin ümumi satış dövriyyəsində payı 30 faizdən çox olsa belə vergi ödəyiciləri sadələşdirilmiş vergidən məhrum olacaqlar. Bu həm , pərakəndə ticarətçilərə, həm də xidmət göstərənlərə aiddir.

Qeyd edim ki , cari ildə sadələşdirilmiş vergi ödəyicilərinin belə bir şansı yox idi. Bu vergilərin müəyyən edilməsinin ədadələtlilik prinsipinə ziddir (VM Maddə 3 ) . 2020-ci ildən belə bir limitin tətbiq edilməsini müəyyən qədər yaxşı hal hesab etmək olar. Ancaq bu limiti 50 % etmək tam ədalətli olardı. Sadələşdirilmiş verginin tədricən ləğv ediləcəyi fonunda 2019-cu il üçün 50 % limit tətbiq etməklə hər il bu limiti azaltmaq daha məqsədəuyğun olardı. 2019-cu ilin vergi məcəlləsində belə bir limitin qoyulmamasını tam ədalətsiz və tələsik qərar olduğunu hesab etmək olar.

Şərh yazın

Sizin elektron ünvanınız gizli qalacaq. Vacib sahələr * kimi işarə olunub

X