Sualı Vergilər Üzrə Ekspert Nail Kamilov cavablandırır :
Əvvəlcə Kimlər Riskli vergi ödəyiciləri sayılacaqlar ona baxaq.
Bildiyiniz kimi Nazirlər Kabineti Riskli Vergi Ödəyicilərinin və Riskli Əməliyyatların Meyarlarını təsdiqləmişdir. Qeyd edim ki , Riskli Vergi Ödəyiciləri və Riskli Əməliyyatlar ayrı-ayrı şeylərdir. Bu Meyarlarda öz əksini tapıb. Belə ki , Riskli Vergi Ödəyicilərinin 8 , Riskli Əməliyyatların isə 2 meyarı vardır.

Riskli Vergi Ödəyicilərinin Meyarları qısa şəkildə aşağıdakı kimidir :
- Riskli əməliyyat aparan şəxslər
- Əmtəəsiz əməliyyatlar aparan şəxslər
- Anbar olmadıqda və ya anbarın sahəsi idxalın və ya istehsalın həcminə uyğun olmadıqda
- Fəaliyyət növünə uyğun olmayan mallar təqdim olunduqda
- 6 ay ərzində idxaı edilən və ya əldə edilən malların həcmi 6 ay ərzində dövriyyədən 3 dəfə artıq olduqda
- Riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs
- Riskli vergi ösəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs. Riskli vergi ödəyicisi olan hüquqi şəxsin təsisçisinin təsis etdiyi hüquqi şəxs.
- Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduqları hüquqi şəxslər
Riskli Əməliyyatların meyarları
- Təqdim edilən malların əldə edilən və ya idxal edilən mal çeşidlərindən fərqli olması ;
- Təqdim edilən malların həcminin əldə edilən və ya idxal edilən malların həcmindən çox olması.
Vergi Ödəyicisi yuxarıda Riskli Vergi Ödəyicilərinin 8 meyarından birinə cavab verərsə yalnız araşdırıldıqdan sonra Riskli Vergi Ödəyicisi elan olunacaq.
Lakin Vergi Ödəyicisi Riskli Əməliyyatların meyarlarından birinə cavab verərsə , O , avtomatik olaraq Riskli Vergi Ödəyicisi Elan olunacadır və belə ödəyicilərin siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc ediləcəkdir.
Riskli Vergi ödəyicisindən mal alan şəxslər həmin malları xərcə sala bilməyəcəklər . Bundan başqa E-Qaimələrdəki ƏDV-ni əvəzləşdirmək imkanı verilməyəcəkdir . Təbii ki , bu iki faktor özü sahibkarlar üçün böyük bir problemə çevriləcəkdir. Ona görə sahibkarlar mal və ya xidmət aldıqları şəxslərdən bu cür malların onlarda rəsmi olaraq alışının olub – olmamasını soruşmalıdırlar.
#mühasibatxidmətləri #mühasibatlıqxidmətləri #muhasibxidmetləri #mühasibxidmətləri #vergixidmətləri #hrxidmətləri #kadrxidmətləri