Mühasib İşini Özü Öyrəndi indi Mühasibat Biznesi var.


Müsahibimiz  Nail  Kamilov 1984-cü  ildə  Bakıda  anadan  olub. 2005-ci  ildə  Azərbaycan  Kooperasiya  Universitetini bitirib. 2006-cı ildə  hərbi  xidmətini  Leytenant  hərbi  rütbəsi  ilə  başa  vurub. Hazırda  Silahlı  Qüvvələrin  Ehtiyatda  olan  zabitidir. O , 2006-2008-ci  illərdə  Gəncə  Dövlət  Aqrar  Universitetində  Magistr Elmi  dərəcəsini  Fərqlənmə  ilə bitirib.

Mühasib  peşəsini  özünün  öyrəndiyini  və  bunu  heç  kəsdən   öyrənmədiyini  bildirir. Hal-hazırda Mühasib  xidmətləri  göstərən  şirkəti  və  dörd  işçisi  vardır. Nail  müəllim  Kamilov və  Partnyorları  şirkətinin qurucusu  və  rəhbəridir.

Nail müəllim, necə oldu ki , mühasibat  biznesinə  başladınız?

Həqiqətən bu işi heç bir təlim və ya təcrübə keçmədən özüm öyrənmişəm.

Mənim  bundan  əvvəl  kiçik  bir  telefon  dükanım var  idi. Bu  kiçik  biznesimin  mühasibatlıq  və  vergi  işlərini  özüm  həll  edirdim. Və  əslində  mühasib  işinə  çox  həvəsim var  idi. Həmin  dükanın pəncərəsinə  vergi  xidmətləri  ilə  bağlı  reklam yapışdırdım. Hər  gün  maraqlananlar  olurdu. Və  artıq  mühasib  xidmətləri   ilə  bağlı  müştərilər  gəlməyə  başladı. Sonra  dükanda  işlər  zəiflədiyindən  mühasib  işlərimi  evdə görməyə  başladım və  o  zaman  düşündüm ki  bu  işi  mənim  şəxsi  biznesim olmalıdı. Və  beləliklə  bu  işi  böyüdərək  biznesə  çevirdim.

Nail müəllim,  mühasibatlıq  işlərini  biznesə  çevirə  bildiniz? Bu sizin  üçün  çətin  oldumu?

Bilirsiz  artıq  gördüm  ki, günü-gündən  müştərilər  artmağa  başlayır  və işləri  çatdırmaqda  çətinlik  çəkirəm. Bu  zaman  düşündüm  və  qərara  gəldim ki,  ofis  götürüb  əlavə  işçilər  cəlb  etməyin  vaxtı  çatıb. Və  beləliklə  Kamilov  və  Partnyorları  şirkətini  açdım və  ofis  götürüb   işçilər  cəlb  etməyə başladım.

Açığı  sizə  onu  deyim ki, Mühasib  xidmətlərini  biznesə  çevirmək  çox  çətin  oldu. Çətinliklər də  buradan  başladı.  Əsas çətinlik  ondan  ibarət  idi ki,  həm  cari  işləri  görməliyəm, həm də  kadr  axtarmaqla  məşğul  olmalıyam. Kadrları öyrətmək  və s. Biznesə  başlayanda  digər  çətinliklərdən  biri  də  maliyyə  çatışmazlığı  idi. Hal-hazırda  şükürlər  olsun  belə  bir  çətinliyimiz  yoxdur. Çox  şükür  bu  gün  heç  bir  yerdən  maliyyə  dəstəyi  almadan  özümüz-öz  ayaqlarımız  üstündə  dura  bilirik.

Bu  uğuru  necə  əldə  edə bildiz?

İşə  məsuliyyət  və  planlı yanaşmaqla.

Nəyə  görə  şirkətlər  mühasibatlığını  sizə  həvalə  etməlidirlər?

Bu  suala  cavab  verməzdən  əvvəl  bir  neçə şeyi  qeyd  edim. Ümumiyyətlə  şirkətlər  mühasib  axtararkən  bir  neçə şeyə  diqqət  etməlidirlər.  Onlardan  ən  önəmlisi   Şirkətin  əməkdaşlarının  iş  təcrübəsi  və  şirkətin  müştərilərinin  kimlər  olmasıdır. Ümumiyyətlə  xidmətlərinin  keyfiyyətinə  görə  etimad  qazanmış  bir  şirkət  olmalıdır. Ən  vacibi  isə  bu  bir  şirkət  olmalıdır.

Nəyə  görə sahibkarlar  mühasib  işini  bizə  verməlidirlər? Sözsüz ki, istər  fərdi  sahibkarlar, istərsə  də  hüquqi şəxslər  mühasib   şirkəti  seçməkdə  sərbəstdirlər. Biz  bizi  seçən   sahibkarların  bütün  işlərinə  xüsusi  diqqət  göstərərək  onların  bütün mühasib  işlərini  əvvəldən  axıradək  müşaiyət  edirik. Biz sahibkarlara  bir  qiymətin  içərisində  həm vergi, həm  mühasibatlıq,  həm də  kadr xidmətləri  göstəririk .

Bizim  kadrlarımız  çox  peşəkardır. Kadrlarımızdan  ən  birincisi  elə  mən  özüməm. Mənim  isə  bu  sahədə  artıq 7 ildən  çox  təcrübəm  var.

Biz  istedadlı  və  bacarıqlı  kadrlarımızı  şirkətimizdə  uzun müddət  işləmələrinə  şərait  yaradırıq və  onların  əməyini  yüksək  dəyərləndiririk. Universiteti  yenicə  bitirmiş  gəncləri  də  təcrübə  proqramı  çərçivəsində bu  sahədə  bilik toplamalarına  şərait yaradırıq və  gələcəkdə  şirkətimizdə işlə  təmin edirik.

Siz  yuxarıda  vurğuladınız  ki, şirkətlər  mühasib  işini  məhs  mühasib  xidmətləri göstərən  bir  şirkətə  həvalə  etməlidirlər.  Bəs  nəyə  görə mühasib  işi  fərdi şəkildə  mühasib  xidmətləri  göstərən  birinə  deyil də  mütləq  şirkətə  həvalə  edilməlidir?

Ona görə ki,  mühasibat  şirkətləri  daim  bu  işlə  məşğul olduğu  üçün  bu  sahədə  böyük  təcrübəyə malik  olurlar. İllərlə  əldə  etdikləri  təcrübəni  sahibkarlarla paylaşanda  bununla  onlara  çox  faydaları  toxunur. Bundan  başqa  fərdi  mühasiblər  nə  vaxtsa  daimi  bir  iş  tapıb  onların  işini  yarımçıq  qoyub  gedə  bilər. Sahibkarlar  bilməlidirlər ki, mühasib  şirkəti  heç  yerə  getmir  və  daim  onların  xidmətindədirlər.

Mühasibat  xidmətinin   keyfiyyəti necə  ölçülə  bilər? Kamilov  və  Partnyorları  şirkəti buna nə qədər önəm verir?

Sözsüz  biz  işimizin  keyfiyyətinə  və  müştəri  məmnuniyyətinə  çox önəm  veririk . Ancaq  bizim  işlərdə   keyfiyyəti  ölçmək  bir  az  çətin məsələdir. Əlbəttə ki , bu keyfiyyəti ən yaxşı  şəkildə  bizim müştərilər  deyə  bilərlər. Keyfiyyətlə  bağlı  onu  deyim ki, bizim  müştərilərin  hələ  indiyə  qədər  heç  bir  vergi və  ya  digər  orqanlar tərəfindən  cəriməsi  olmayıb. Əsas  məsələ  işə  operativ  şəkildə,  məsuliyyətlə  və  peşəkarcasına  yanaşmaqdan  ibarətdi. Bundan  başqa  bir  şirkət  keyfiyyətli  xidmət  göstərirsə  onun  başqaları  tərəfindən  referansları  olur ki,  bu  da müştəri  sayını  artırır. Bizdə  də  adətən  əksər  müştərilər  müştərilərimizin  məsləhəti  ilə  bizi  seçirlər . 

Nail müəllim, təsisçisi olduğunuz  Kamilov  və  Partnyorları fəaliyyəti barədə nə deyə bilərsiniz ?

Kamilov  və  Partnyorları  daim  inkişafa  və  yeniliyə  önəm  verən şirkətdir.  Mühasibatlıq  sonu  olmayan  bir  elm  olduğu  üçün  biz  daim  bu sahədə  bilik  və  bacarıqlarımızı  artırırıq.  Kamilov  və  Partnyorları  heç  yerə  getmir . Hər  zaman  burdayıq . Şirkətlər  arxayınlıqla  mühasibatlıq  işlərini  bizə  həvalə  edə  bilərlər.

Uğurlarınız və qarşıdakı hədəfləriniz bizim üçün maraqlıdır

Biz  hər  hansı  hədəf  və  ya  uğur  üçün  çalışmırıq  əlbəttə ki. Bizim  hədəfimiz  və  uğurumuz  müştərilərimizin uğur  qazanmasıdır.

Müştərilər sizi  necə  tapa bilər  və  sizin xidmətlərdən  necə  faydalana  bilərlər?

Bizim  ofisimiz Bakı şəhəri,  Cəfər  Cabbarlı  44 ünvanında yerləşən  Caspian  Plazada  yerləşir. Əlaqə Nömrələri: 050 272 32 42012  594 73 81

Şərh yazın

Sizin elektron ünvanınız gizli qalacaq. Vacib sahələr * kimi işarə olunub

X