Sahibkarların ƏDV ilə bağlı yalnış fikirləri
- ƏDV ödəyiciləri qarşı tərəfin də ƏDV ödəyicisi olmasını tələb edir.
Qeyd dim ki , bu tamamilə yalnışdır. Bunu da belə əsaslandırılra ki , ədv depozit hesabımızda artıq ədv var , onu biz istifadə etməliyik və həmin ƏDV-ni yalnız ƏDV ödəyicisinə ödəmək mümkündür. ƏDV depozit hesabındakı ədv-ni ha qarşı tərəfə ödədin , yaxud dövlətə ödədin bunun heç bir fərqi yoxdur. Belə bir tələbin heç bir qanuni əsası da yoxdur. Çünki ƏDV-nin depozitdə olub-olmamasında və yaxud ədv depozit hesabında artıq ədv-nin olmasından asılı olmayaraq ƏDV dövlətə məxsusdur və sonda hər kəs tərəfindən ƏDV dövlət büdcəsinə ödənilir. Yəni qarşı tərəf də sonda #ƏDV depozit hesabındakı ƏDV-ni büdcəyə ödəyəcəkdir. Gec-tez ƏDV bedcəyə ödənilir.

- Sahibkar qarşı tərəfin ona ödədiyi ƏDV-nin ona məxsus olduğunu hesab edir.
ƏDV haqqında bu da yalnış bir fikirdir. Yuxarıda qeyd etdiyim kimi ƏDV dövlətə məxsudur. Ən sonda bu vergi dövlət büdcəsinə çatır. ƏDV Depozit Hesabındadırsa bu o demək deyildir ki bu məbləğ sahibkara məxsusdur. Orada #ƏDV müvəqqəti olaraq oradadır və siz onu sonda ya kiməsə və yaxud da büdcəyə ödəməli olacaqsınız.
- ƏDV-dən istifadə edək
Sahibkar deyir ki , ƏDV depozit hesabındakı ƏDV-ni tez harasa , yaxud kiməsə , və ya #gömrüyə ödəyək mal idxal edəndə əlavə bizdən ədv çıxmasın. Tutaq ki , siz ƏDV depozitindəki ƏDV-ni harasa , yaxud kiməsə avans olaraq ödədiz . Bəs əgər həmin ay Elektron Qaimə ilə mal almasaz və ya İdxalınız olmasa növbəti ayın 20-dək satışdan sizə gələn ƏDV üçün ƏDV bəyannaməsi verəndə yaranan ƏDV öhdəliyini haradan ödəyəcəksiz ?
Mühasiblər və Sahibkarlar ƏDV ilə bağlı suallarını şərhdə yaza bilərlər.
Nail Kamilov