İdxalçılara Vergidən Sanksiya dolu yeni tələb


Dövlət #Vergi Xidmətindən ölkə ərazisinə mal #idxal edən sahibkarlardan idxal etdikləri mallar haqqında məlumat formasının doldurulması tələb olunur . Bununla bağlı vergi ödəyicilərinin onlayn kargüzarlıq sisteminə Bildiriş daxil olmuşdur.

Qeyd edək ki , bu Formanın doldurulub təqdim edilməsi Vergi Məcəlləsinə əlavə edilmiş 16.1.11-11-ci maddəyə əsasən tələb olunur. Bu Forma vergi orqanlarına mallar ölkə ərazisinə  idxal olunmamışdan əvvəl təqdim olunmalıdır .  Əks tədqirdə isə  Vergi Məəcəlləsinin 57.5-ci  maddəsinə əsasən mirko sahibkarlar malların İnvoys dəyərinin 2 %-i , digər vergi ödəyiciləri isə  5 % dəyərində maliyyə sanksiyaları ilə üzləşəcəklər.  

Bundan başqa vergi orqanlarının qeyd olunan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək hüququ da vardır.

Bu Formada  Qısa İdxal Bəyannaməsinin nömrəsi və malların boşaldılacağı obyekt barədə və ya təqdim ediləcək subyekt barədə informasiyanın doldurulması tələb olunur.

Həmin Fomranı aşağıdan yükləyə bilərsiz.

21 Yükləmə

Şərh yazın

Sizin elektron ünvanınız gizli qalacaq.

X