Fermerlər üçün Nağdsız Hesablaşmalara dəyişiklik (Yüklə)


Prezident İlham Əliyev Nağdsız Hesablaşmalar Haqqında Qanuna dəyişikliyi təsdiq edib. Dəyişiklik əsasən Kənd Təsərrüfatına aiddir.

Dəyişiklikdən sonra Fermerlər artıq mövsümü olaraq günlük mülki hüquqi müqavilə ilə çalışan fiziki şəxslərə 20 Manatadək ödənişləri nağd şəkildə ödəyə biləcəklər. Təzə dəyişikliklərlə Qanunu aşağıdakı linkdən yükləyə bilərsiz.

Bununla bağlı Qanuna aşağıdakı şəkildə 3.3-1-ci maddə əlavə edilib.
“3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.”.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.3-1-ci maddə əlavə edilsin:

“3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.”.

2. 3.5.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.5.5-ci maddə əlavə edilsin:

“3.5.5. xam dərinin tədarükü (alışı).”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.

Şərh yazın

Sizin elektron ünvanınız gizli qalacaq. Vacib sahələr * kimi işarə olunub

X