Elektron Qaimə göndərərkən hansı səhflərə yol verilir ?


Elektron Qaimə  göndərərkən  hansı  səhflərə  yol  verilir  ?

Bu gün  bir  çox  şirkətlər  hətta  Müqavilə  olmadan  malı  alan tərəfə  Qaimə  göndərir və qarşı  tərəf də Elektron Qaiməyə  əsasən ödəniş  edir.  Daha sonra  Müqavilə bağlanır  ya  yox  bu  hələ  sual  altında  qalır və  çox  vaxt da  yaddan  çıxır  . Ancaq  bunu  edənlər  bilməlidir ki , Müqavilə  hələ  ən ilkin sənəddir. Müqavilədən başqa  Qaimənin  göndərilməsini  təsdiq  edən sənədlər  vardır. Onların olması  mütləqdir. Malsatan  şirkət  tərəfindən   Elektron Qaimə  yalnız  o halda  göndərilə  bilər ki  ,  bir neçə  ilkin  uçot sənədləri  tam  hazır  olsun .

Elektron Qaimənin  göndərilməsinə  əsas  verən  təsdiqedici  sənədlər hansılardır ?

Bu sənədlər  ilkin uçot  sənədləridir ki , onlar  aşağıdakılardır :

Bu sənədlər  aşağıdakılardır :

1)  Alqı-Satqı  Müqaviləsi

2) Malları  alan  şirkətin  nümayəndəsinin  malları  təhvil  ala  biləcəyi  barədə  ona  verdiyi  Etibarnamə

3) Malları təhvil  alan  nümayəndənin  Şəxsiyyət  Vəsiqəsinin Surəti

4) Malların Təhvil Qəbul Aktı  

Əgər  söhbət  malların alqı-satqısından gedirsə  bu malları  alan və  satan  nümayəndələrin  şirkət  tərəfindən  Etbarnaməsi olmalıdır. Bu  Etibarnamə  Mətbəə  tərəfindən  verilən Ciddi  Hesabat  Blankları  olan Etibarnamə  olmalıdır. Əsasən malları  satan  şirkətin nümayəndəsi  qarşı  tərəfin  nümayəndəsinin Etibarnaməsini və  Şəxsiyyətini  təsdiq  edən  sənədini aldıqdan sonra  Malların Təhvil-Qəbul Aktını  doldurmalıdır. Bu  Akt-da  yenə  Ciddi Hesabat  Blankı  olmalıdır . Akt  əlbəttə ki , iki və  üç  nüsxəli olmalıdır ki , biri  qarşı  tərəfə verilir , digəri isə  satıcı  şirkətin  mühasibatlığına  təhvil verilməlidir. Satan şirkətin mühasibatlığı   yalnız  bu  üç  sənəd  ona  çatdıqdan  sonra  qarşı  tərəfə  Elektron  Qaiməni göndərə bilər.

Bu sənədlər olmadan  E-Qaimənin  göndərilməsi hansı  çətinliklərə  gətirib  çıxara bilər ? 

Əvvəla  qeyd  edək  ki , bu  4 sənədin   hər biri  çox vacib  sənədlərdir. Bu sənədlərin olması  “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları-nda ” qeyd  edilib. E-Qaimənin göndərilməsi və qarşı  tərəfin də bu Qaiməni  təsdiqləməsi  malların təqdim edilməsini sübut  etmir. Çünki malları  təhvil alan və təhvil verən şəxslər  başqa şəxslərdir.  Bu sənədlərdən hər hansı  biri olmadan   E-Qaimənin göndərilməsi  malların təqdim edilməsini sübut  etmir.  Bu alt  sənədlər  olmadan  E-Qaimə  göndərilməsi  gələcəkdə  şirkətlər  arasında  malların təhvil verilib  verilməməsi barədə  mübahisələrə  gətirib  çıxara  bilər ki , bu da  maliyyə  itkisinə  səbəb  ola  bilər.

Şərh yazın

Sizin elektron ünvanınız gizli qalacaq.

X