Sosial Sığorta Haqqları nə qədər ödəniləcək ? (Yüklə)


Mövzunu Vergilər Üzrə Ekspert Nail Kamilov izah edir .

İş adamlarının – Yəni  Fərdi  Sahibkarların  Aylıq Sosial Sığorta Haqqları 1 Aprel tarixindən 2020-ci ilin sonunadək  bir cür  və 2021-ci ildən  2026-cı  ilədək  başqa  cür  hesablanıb  ödəniləcəkdir. 

Bildiyiniz kimi bundan əvvəl ticarət sahəsində çalışanlar aylıq olaraq minimum əmək haqqının 50%-ni , xidmət sahəsində çalışanlar isə minimum əmək haqqının 25%-ni sosial sığorta haqqı olaraq ödəyirdilər . Bu , Ticarət sahəsində 125 Manat , Xidmət sahəsində isə 62.50 Manat edirdi. Və bu bütün ölkədə eyni şəkildə tətbiq edilirdi. Yəni , istər şəhərdə , istərsə də ucqar kənddə hamı bu şəkildə sığorta haqqı ödəməli idilər .

Ancaq Pandemiya vəziyyəti dəyişdi. Sosial Sığorta Haqqında Qanuna edilən dəyişiklikdən sonra 1 Aprel 2020-ci il tarixindən ticarət və tikinti ilə məşğul olanlar 2020-ci ilin sonunadək minimum əmək haqqının aylıq olaraq 25%-ni , xidmətlə məşğul olanlar isə minimum əmək haqqının 15%-ni ödəməli olacaqlar. Bu müvafiq olaraq 62.50 və 37.50 Manat edir.

Ancaq bu dəfə bölgələr üzrə bu məbləğlərin ödəmə həcminin faizləri müxtəlifdir. Bakıda 62.50 və 37.50 Manatın 100%-i , Sumqayıt və Gəncə şəhərlərində bu məbləğlərin 90%-i həcmində sosial sığorta haqqı ödəməli olacaqlar. Digər şəhər və kəndlərdəki sahibkarlar saytımızdan onlar üçün hazırladğımız cədvəli yükləməklə öz sosial sığorta haqqlarını öyrənə biləcəklər.

2021-ci ildən 2025-ci ilədək isə ticarətlə məşğul olanlar minimum əmək haqqının 50 , xidmət göstərənlər isə 25%-ni hesablayıb büdcəsosial sığorta haqqlarını ödəməli olacaqlar. Bu illərdə də yenə şəhər və bölgələr üzrə ödəmə həcmi müxtəlifdir olacaqdır .

Əlbəttə  əgər  2021-ci  və  sonrakı  illərdə  minimum  əmək  haqqı  dəyişərsə  cədvəldə   minimum  əmək  haqqını  dəyişməklə   iş adamları öz  aylıq  sosial  sığorta  ödəmələrini hesablaya  bilərlər .

Sonda qeyd edək ki , Nail müəllimin qeyd etdiyi kimi , Şirkətimiz tərəfindən Sahibkarlarımız üçün aşağıda qeyd edilən bu iki  dövr üçün  hesablama  qaydalarını  əks  etdirən  excel  faylı  hazırlanıb , xəbərə yerləşdirilmişdir . Sahibkarlar həmin faylları  yükləyib  öz  aylıq  sosial sığorta ödəmənizi  tap bilərlər .

Şərh yazın

Sizin elektron ünvanınız gizli qalacaq. Vacib sahələr * kimi işarə olunub

X