Biznesə Başlayarkən hansı vergini seçmək daha sərfəlidir ?


Pərakəndə Ticarət  Biznesinə başlayan  sahibkarlar əsasən 2 %  sadələşdirilmiş vergi növünü seçirlər. Hesab edirlər  ki  ,  satışlardan 2 % vergi onlar üçün elə də böyük  məbləğ olmayacaq. Lakin  işlər yaxşı  getməyəndə və sahibkar zərərlə işləyəndə belə  bu  2% vergini ödəmək məcburiyyətində qalırlar . Çünki bu vergi birbaşa satışdan gəlirlərə tətbiq olunan vergidir. Əlbəttə ki  ilk dövrlərdə zərərlə işləyən bir biznes üçün  bu vergi onlar üçün böyük bir yük olur.

Mən biznesə başlayan sahibkarlara  biznesin  ilk  dövrlərində  mənfəət (gəlir) vergisini seçməyi məsləhət görərdim . Çünki sahibkarlar  bu vergi növündə yalnız mənfəət olduğu halda yalnız mənfəətlərindən 20% verginin ödəyicisi olurlar. Zərərlə işlədikdə isə ümumiyyətlə heç bir vergi ödəmirlər.  Hətta il ərzindəki zərərləri növbəti ilin mənfəət vergisinin hesablanmasında nəzərə alınır.

Bundan başqa  hələ  12 aylıq  dövr ərzində  satışları  200 000 manatdan  və işçi sayı  10 nəfərdən çox olmayan mikro sahibkarlar üçün isə  mənfəətin  75 % – i  mənfəət (gəlir) vergisindən azaddır. Dolayı yolla mikro sahibkarlar mənfəətlərindən yalnız  5 faiz verginin ödəyicisi olurlar. Əlbəttə ki əgər mənfəətləri olarsa.

Vergi Məcəlləsinin sahibkarlara təqdim etdiyi bu  imkandan istifadə etmək  üçün isə əlbəttə ki sahibkarlar gəlir və xərclərini gizlətməməli və  uçotunu  dəqiq və düzgün aparmalıdırlar.   

  1. Sadələşdirilmiş Verginin Misalla İzahı

Tutaq ki , ay ərzində 10 000 Manat satış etmisiz.

Rüb Ərzində  15000 AZN Xərciniz vardır.

Zərər – 5000 AZN

Vergi 2 %  – 200 AZN

2) Mənfət (Gəlir) Vergisinin izahı

Tutaq ki , ay ərzində  10 000 Manat satış etmisiz.

Rüb Ərzində  15000 AZN Xərciniz vardır.

Zərər – 5000 AZN

Vergi   –  0 AZN

Mikro Sahibkarlarda Mənfəətdən 75 % güzəştin hesablanmasının Misalla İzahı

Satış – 10 000  AZN

Xərclər – 5000 AZN

Mənfəət  =  5000 AZN

Vergidən Azad olan Mənfəət  – 3750 AZN

Vergiyə cəlb olunan Mənfəət – 1250 AZN

Hesablanmış Mənfəət Vergisi  – (1250*20%) = 250 AZN 

Güzəşt edilmiş Vergi – 750 AZN

Aşağıdakı Excel Faylında Mikro Sahibkarlar üçün Mənfəət Hesabatı cədvəli yerləşdirilmişdir ki , orada 75 % güzəştlə mənfəət vergisinin hesablanması formulası tətbiq edilmişdir.

Sahibkarlar və Mühasiblər Cədvəli yükləyib istifadə edə bilərlər.

27 Yükləmə
X