Azərbaycanda iş adamları üçün nəfəslik – vergilər kreditlə ödəniləcək.

Azərbaycanda vergilərin ödənilməsi ilə bağlı maraqlı yenilik gözlənilir. FED.az-ın məlumaına görə, ilk dəfə olaraq ölkədə vergi krediti sisteminin tətbiqi gözlənilir. Bu Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərə əsasən, ölkədə vergi krediti sisteminin tətbiqi, sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəyənlərin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər sentyabr ayınadək həyata keçməlidir.

Xatırladaq ki, vergi krediti – verginin yığılması üçün vergi ödəyicisinə verilən möhlətdir və vergi güzəştlərinin bir növü sayılır. Adətən bu sistem məşğulluğa dəstək vermək və investisiyaları stimullaşdırmaq üçün tətbiq edilir.

Mənbə: http://www.fed.az/az/news/read/43331

 

X