Onlayn Kassalar kimin hesabına qoyulacaq ?


Sual: Onlayn  Kassalar  kimin  hesabına  qoyulacaq ?

Cavab: Sualı  Vergi  Eksperti  Nail  Kamilov  cavablandırır .

Vergi  Məcəlləsinə  yeni  əlavə  edilən  77.5-ci  maddəyə  əsasən  2020-ci  ildən onlayn kassalara çəkilən xərc  dövlət  tərəfindən  müəyyən edilən hədd daxilində vergi ödəyicisinin vergi öhdəlikləri ilə əvəzlənəcək . Bu o deməkdir ki ,  sahibkarın  onlayn  kassaya çəkdiyi  xərcin  dəyərində  onun  vergi  öhdəliyi  azaldılacaqdır. Lakin  belə  xərc müəyyən edilən həddən artıq olduqda  isə  həddən artıq hissə vergi öhdəlikləri ilə əvəzlənməyəcək. Yəni onlayn kassalar dolayı yolla dövlət hesabına qoyulacaq . 

Sual: Yaxşı  bəs  bu   bütünü  kassa  aparatlarına  şamil  ediləcəkmi ?

Cavab: Xeyr. Əvvəllər  istismar  edilən  onlayn  kassa  aparatlarına bu  şamil  edilməyəcək . 77.5-ci  maddədə  onlayn  kassalara  çəkilən  xərclərin  vergilər  hesabına ödənilməsi  üçün  qoyulan qaydalara  baxdıqda  görürük ki , dövlət  yalnız  təzə  ildən quraşdırılan  onlayn kassalara  çəkilən  xərcləri  vergilərlə  əvəzləyəcək.

Yekun  olaraq  onu  deyə  bilərik ki , əgər  sahibkarın  əvvəllər  quraşdırdığı   kassa  aparatı  onlayn  kassadırsa,  meyarlara  cavab  versə  belə  o  yenisi  ilə  əvəzlənməlidir.  Əvvəlki  kassa  aparatının  yeni  onlayn  kassa  aparatları   ilə  əvəzlənməsinin  tələb  edilməsi  yeni  kassaların  vergi  orqanlarının  elektron  informasiya  sisteminə  real vaxt rejimində (onlayn  rejimdə) qoşulmasına  görədir.

Şərh yazın

Sizin elektron ünvanınız gizli qalacaq. Vacib sahələr * kimi işarə olunub

X