Salam , Zəhmət olmasa aşağıdakı sorğumuzu cavablandırardınız. Hüquqi Şəxs Fərdi sahibkara  mühasibat  xidməti  göstərir . Fərdi sahibkara açılmış vergi yoxlaması zamanı hüquqi şəxsdən müqavilə tələb olunur . Müqavilə təqdim olunur. Lakin vergi orqanlarının əməkdaşları Fiziki  Şəxslə müqavilənin Notariusda bağlanılmalı olduğunu əsas gətirərək hüquq şəxsin əməkdaşını yoxlamadan kənarlaşdırır.

Sual : Belə müqavilənin notariusda bağlanılmalı olduğu hansı qanunvericilik aktında yazıldığını xahiş edirik bildirəsiniz.

Cavab : Bildiririk ki , Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

Eyni zamanda Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

Qeyd edək ki, Mülki Məcəllədə xidmətlərin göstərilməsi ilə əlaqədar tərəflər arasında bağlanılmış müqavilənin notarial qaydada təsdiq edilməsinə dair tələb müəyyən edilməmişdir.

Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin

Hüquq  Baş  İdarəsinin Hüquqi Təmaninat  Şöbəsi

X