Sual : Mən , şirkətin həm təsisçisiyəm , həm də eyni zamanda direktoru .
Direktor kimi mənim maaş kartım vardır və aylıq maaşımı həmin kart vasitəsilə alıram. Təsisçi kimi mənim dividendlərimi elə mənim maaş kartıma köçürtmək olarmı ?

Cavab : Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyət tərəfindən hesablanmış dividendlərin cəmiyyətin təsisçisi və eyni zamanda direktoru olan şəxsin əmək haqqı kartına nağdsız qaydada köçürülməsinə vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Nazirin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev

X